Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Google Chrome»un mobil auditoriyası 800 milyonu ötüb
«iOS» və «Android» mobil əməliyyat sistemləri üçün «Google Chrome» brauzerinin aktiv istifadəçilərinin sayı aylıq 800 milyonu ötüb. Bu haqda şirkətin nümayəndəsi «Chrome Dev» sammitində deyib.
«ICTnews.az» saytı «searchengines.ru» saytına istinadən yazır ki, internet nəhəngi hər bir platforma üçün ayrı-ayrılıqda istifadəçilərin sayı ilə bağlı məlumatları açıqlamasa da, şübhəsiz «Chrome» brauzerinin «Android» üçün versiyasında bu göstərici daha çoxdur.
Xatırladaq ki, 2015-ci ilin birinci rübünün sonuna «Chrome» brauzerinin mobil auditoriyası 400 milyon nəfər təşkil edib.
Emil Hüseynov
18/11/15 Çap et