Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” server və bulud texnologiyalarını Azərbaycan İT mütəxəssislərinə təqdim edib


Bu gün Bakıda "Softline" və "Huawei" şirkətləri birgə "Huawei həlləri - müəssisənin etibarlı və mühafizəli İT infrastrukturu" mövzusunda biznes-konfrans keçiriblər.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində "Softline" şirkətinin nümayəndəsi Serqey Demidov "Huawei"in server və "bulud" həllərinin icmalını təqdim edib, o "Hyper-Converged İnfrastructure", "RH Series Rack Servers and E series blades", "Huawei Fusion Cloud solutions" həlləri haqda konfrans iştirakçılarına ətraflı məlumat təqdim edib.
 
 
Daha sonra "Softline" şirkətinin digər İT mütəxəssisi Sinan Əliyev məlumat saxlama sistemləri sahəsində həlləri haqda, o cümlədən "Enterprise Unified Storage", "Storage Software" həllərinin təqdimatını keçirib.
 
İP həllər icmalını tədbir iştirakçılarına  "Huawei" şirkətinin nümayəndəsi Vladimir Petrov təqdim edərək "Huawei Enterprise IP" həlləri haqda bəhs edib.   
Məruzəçilər çıxışlarında telekommunikasiya, server avadanlıqları, mühəndis infrastrukturunun yaradılması üçün həllər haqda ən aktual məsələlərlə bağlı təcrübələrini bölüşüblər. 

Tədbirin əsas auditoriyası şirkət rəhbərləri, İT-menecerlər və direktorlar şurasının üzvləri olub.
 
Aynur Vəliyeva




18/11/15    Çap et