Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şəxsi messencerini istifadəyə verib
“Nokia” şirkəti öz smartfonları üçün IM for Nokia pulsuz messencerini istifadəyə verib. Proqramı “Ovi Store” mağazasından yükləmək olar.
IM for Nokia digər istifadəçilərlə mətn mesajı mübadiləsi etməyə icazə verir. Həmçinin Google Talk, Windows Live Messenger, Yahoo! Messenger və bir neçə analoji xidməti dəstəkləyir. Ödəmə yalnız internet-trafik üçün nəzərdə tutulub.
Proqramı Nokia X6, Nokia 5230, Nokia N8, Nokia E7 və daha bir neçə smartfon modellərinə quraşdırmaq olar. Nokia Conversations bloqunda bildirilib ki, messencer həm də Series 40 platformasında işləyəcək. Şirkət bildirib ki, gələcəkdə
Nokia aparatları əvvəlcədən qurulmuş IM for Nokia proqramı ilə satılacaq. IM for Nokia istifadəçilərinə bir neçə aktivlik statusu - " narahat etməmək", "görünməz" və s. imkanı verib.
Xatırladaq ki, “Apple” şirkəti də iyunun 6-da WWDC konfransında iMessage adlı funksional üzrə oxşar olan proqram təqdim edib. iMessage proqramı vasitəsilə iOS 5 əməliyyat sistemi ilə olan qurğuların sahibləri mətn mesajları, şəkillər və videoçarx mübadiləsi edə biləcəklər.
10/06/11 Çap et