Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonların satış həcmi artıb


«Gartner» tədqiqat şirkətinin hesabatına əsasən, 2015-ci ilin üçüncü rübünün nəticəsinə görə, dünyada satılmış smartfonların sayı ötən ilin müvafiq rübünün göstəricisi ilə müqayisədə 15 faiz artaraq 353 milyon təşkil edib.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, analitiklərin fikrincə, inkişaf etməkdə olan ölkələrdə ucuz smartfonlara tələbatın yüksəlməsi artımın hərəkətverici qüvvəsi olub. Bu regionlarda satış həcmi 18,4 faiz artaraq 259,7 milyon təşkil edib, halbuki inkişaf etmiş ölkələrin bazarında yalnız 8,2 faiz artım qeydə alınıb.
 
 
23,7 faiz bazar payına malik «Samsung» şirkəti smartfon bazarında liderdir. 13,1 faiz bazar payına sahib «Apple» korporasiyası ikinci pilləni tutub. Çinin «Huawei» şirkəti satış həcminin artımına görə lider olub.
 
 
Əməliyyat sistemlərinə (ƏS) gəlincə, 84,7 faiz bazar payına malik «Android» mobil ƏS-i liderlik edir. «iOS»-un payı 13,1 faizdir. 1,7 faiz göstəriciyə malik «Windows» üçüncü pilləni tutub.
 
 
Emil Hüseynov




19/11/15    Çap et