Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tokio aeroportunda nitqi müxtəlif dillərə tərcümə edən meqafonun sınaqları keçiriləcək


“Panasonic” şirkəti istənilən nitqi xarici dillərə tərcümə edən “Megaphoneyaku” adlı meqafon hazırlayıb.
 
Qurğunun Narita adına Tokio Milli Aeroportunda sınağının keçirilməsi planlaşdırılır. Texnologiyanın işləmə üsulu belədir: sözlər meqafona yapon dilində deyiləcək və sistem nitqi 2 saniyəyə ingilis, Çin və ya Koreya dilinə tərcümə etdikdən sonra meqafon eyni nitqi digər dillərdə səsləndirəcək.
 
Hazırda elektron tərcüməçinin imkanlarının nə dərəcədə geniş olması məlum deyil, lakin qurğunun aeroportda xarici turistlər üçün əsas elanların oxunmasında faydalı olacağı bildirilir. “Panasonic” meqafonu 2014-cü ildə baş verən daşqın nəticəsində aeroport əməkdaşlarının xaricilərlə ünsiyyət qurmaqda çətinlik çəkdikdən sonra yaratmaq qərarına gəlib, - “Qazeta” yazır.




19/11/15    Çap et