Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azerbaijan Huawei Enterprise” yerli İT bazarda iştirakını 100 faizədək artırmaq niyyətindədir
“Azerbaijan Huawei Enterprise” son illər ərzində ölkəmizin İT bazarında iştirakını sürətlə artırıb.
“Azerbaijan Huawei Enterprise”ın direktoru Derek Dongun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın bir neçə il ərzində şirkət yerli bazarda iştirakını 100 faizədək artırmaq niyyətindədir.
“Azerbaijan Huawei Enterprise” yerli bazarda 2013-cü ildən etibarən fəaliyyət göstərir və ötən müddət ərzində biz yerli bazarda iştirakımızı sıfırdan 50 faizədək artırmışıq və 2 milyon manat gəlir əldə etmişik. Bu gün bizim yerli bazarda biznesimiz inkişafının pik zirvəsinə çatıb. Qlobal bazarda biz iştirakımızı 100 faiz artırmışıq və gələcəkdə bu göstəriciyə Azərbaycanda da nail olmaq istəyirik və 10 milyonadək gəlir əldə etməyi qarşımızda hədəf qoymuşuq”, - deyə D. Dong qeyd edib.
Aynur Vəliyeva
19/11/15 Çap et