Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IE Venture Days” beynəlxalq startap müsabiqəsinə hazırlıq davam edir


Gələn ay Bakıda   dünyanın 35 şəhərində keçirilən “IE Venture Days” - beynəlxalq startap müsabiqəsi  və biznes konfransı keçiriləcək. Yüksək Texnologiyalar Parkından qeyd edilib ki, 3 dekabr tarixində paytaxtımızda  5-i Azərbaycandan olmaqla, ən güclü 12 startap komandası  “IE Venture Day Baku” müsabiqəsində əsas mükafatlar üçün yarışacaqlar.
 
 “IE Venture Day Baku” müsabiqəsinin münsiflər heyəti tərəfindən uzun müzakirələrdən sonra  potensial investorlar qarşısında öz layihələrini təqdim edəcək 10 ən güclü startap seçilib. Geniş əhatəli, mövzuların müxtəlifliyi  və “pitch-off” formatında olması bu  müsabiqənin maraqlı və yaddaqalan olmasına tam təminat verəcək!
 
Müsabiqənin finalçıları: 
  1. “SPROSIDOKTORA” ( Rusiya-Belarus)
  2. “OFFERBEE” (Azərbaycan )
  3. “NOOB” (Azərbaycan )
  4. “HEALTHBOOK”  (Azərbaycan)
  5. “PAWER” (İspaniya)
  6. “UNIEXO” (Ukrayna )
  7. “CREADY” (Azərbaycan )
  8. “APPOL” (Azərbaycan)
  9. “PAYMENT FIREWALL” ( Belarus)
  10. “ES WERING” (İsrail)
Qeyd  olunur ki, seçilmiş bu komandalarla yanaşı, əlavə olaraq daha iki komanda Bakıya dəvət olunub. Bunlar  Belarusda  keçirilən “Global Entrepreneurship Week” müsabiqəsinin qalibi və Qazaxıstanda keçirilən “TechNations” müsabiqəsinin qalibləridir. 
 
Yekunda, “Venture Day Madrid” müsabiqəsində 10 finalistdən biri qismində çıxış etmək (bütün xərclər ödənilməklə), “IE Business School” 100%-lıq təqaüdün ayrılması və partnyorlardan birində 3 aylıq inkubasiya dövrü, o cümlədən “IE Venture Lab” tərəfindən mentorluq və s. mükafatlar uğrunda 12 “startup” komandası mübarizə aparacaqdır.
 
Müsabiqədən başqa, tədbirin proqramına, həmçinin dünyanın top spikerlərindən ibarət, proqramlaşdırılmış təfəkkür və İKT-də qadınların rolundan başlayaraq innovasiyalar və meqatrendlərə kimi müxtəlif mövzuları əhatə edən biznes-konfransın keçirilməsi də nəzərdə tutulur.
 
     Bununla əlaqədar bir neçə məruzələrin və təqdimatların, o cümlədən “UBER”- uğur hekayəsi.  “UBER” MDB ölkələri üzrə direktoru Aleksey Stax tərəfindən təqdimatı, Startapa necə başlamaq mövzusunda  Şərqi və Mərkəzi Avropada  fəal investorlardan biri olan Maks Qurvits tərəfindən moderatorluq, Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış mövzusunda  “Products & Startups for Code for America” şirkətinin direktoru Leyn Beker tərəfindən təqdimat,  “Facebook”, Microsoft”, Yüksək Texnologiyalar Parkı, o cümlədən Amerika Ticarət Palatası və bir çox digər spikerlərin çıxışları gözlənilir.
 
Ümid edirik ki, bu tədbir yeni vençurların yaranmasına və artıq mövcud olanların sürətli inkişafına səbəb olaraq ən güclü startapları və nüfuzlu investorları bir araya gətirəcək.  
 
Tədbirdə iştirak etmək şansını qaçırmayın.
 
 

 
“IE Venture Days” – dünyanın 35 şəhərində keçirilən beynəlxalq startap müsabiqələri və biznes konfranslarıdır. Vençur  günlərinin təşkilatçısı “Financial Times” (2013) jurnalının məlumatına əsasən,  Avropanın 1 nömrəli  biznes məktəbi sayılan “IE Business School”-dur. 2013-cü ildən bu günə gədər  Vençur günlərində 20 milyon avrodan çox investisiya cəlb edilib.
 

“IE Venture Day” 3 dekabr tarixində” IE”  və  Yüksək Texnologiyalar Parkı tərəfindən, o cümlədən  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ilk dəfə Bakıda təşkil olunacaq.
 
Tədbirin  veb saytı:
 
“Venture Day Baku” tədbirinin rəsmi “Facebook” səhifəsində, həmçinin YTP-nin səhifəsində tədbir haqda əlavə məlumat ala bilərsiniz:
 
 
 
 




19/11/15    Çap et