Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu ilin 10 ayında Naxçıvan MR-də göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 40 milyonu ötüb
Naxçıvan Muxtar Respublikasında 2015-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 40 milyon 475 min manat olub, bu da 2014-cü ilin həmin dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə MR-in cari ilin yanvar-oktyabr ayları ərzində sosial - iqtisadi inkişafına dair hesabatda məlumat verilib.
Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 34 milyon 286 min manat olmaqla bir il öncəki göstəricini 2 faiz üstələyib.
CAHANGİR
19/11/15 Çap et