Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Niderlandda DVB-T2 standartının tətbiqinə başlanılacaq


Niderland hökuməti 2017-ci ilin yanvarından ölkədə DVB-T2 standartında televiziya yayımının tətbiqinə başlamağı planlaşdırır.
 
Bildirilir ki, 2020-ci ildən etibarən mobil operatorlar 700 MHs tezlik diapazonundan istifadə etmək imkanı əldə edəcəklər. Ölkə hökuməti 694-790 MHs dalğasında tezliklər, eləcə də DVB-T2 standartında yayım üçün lisenziya sahiblərini müəyyənləşdirmək məqsədilə hərrac keçirəcək. DVB-T standartından DVB-T2 formatına keçidi sadələşdirmək üçün ölkədə yayımın bir müddət paralel olaraq iki standartda aparılması nəzərdə tutulur.
 
Son bir neçə ayda Niderland İqtisadiyyat Nazirliyi bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparıb. İqtisadiyyat naziri Henk Kamp məsləhətləşmələrin yekunu üzrə parlamentə hökumətin niyyətini bildirən məktub göndərib.
 
Niderlandda 300-400 min ev təsərrüfatının teleproqramları yerüstü efirdən qəbul etməsi nəzərə alınaraq ölkədə yerüstü rəqəmli televiziya yayımının (DTT) saxlanılması planlaşdırılır.
 
Hazırda Niderlandın yerüstü rəqəmli efirində fəaliyyət göstərən bütün televiziya yayımı şirkətləri DVB-T standartından istifadə edir. Ölkədə açıq rejimdə əsas ümummilli (NPO1, NPO2 və NPO3), eləcə də bir sıra regional ictimai kanallar yayımlanır, - "Mediasat” yazır. 




19/11/15    Çap et