Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Gartner»: 2015-ci ilin üçüncü rübündə qlobal mobil telefon bazarının həcmi 3,7 faiz artıb


«Gartner» analitik şirkəti qlobal mobil telefon bazarı üzrə tədqiqatının nəticələrini dərc edib. Cari ilin üçüncü rübündə sözügedən bazarın həcmi 3,7 faiz artıb. Bu, inkişaf etməkdə olan ölkələrdə mobil telefonlara tələbatın artması ilə izah olunur.
 
Ekspertlərin hesablamalarına əsasən, 2015-ci ilin iyul-sentyabrında dünyada 478 milyon adi telefon və smartfon satılıb. Bir il əvvəl bu göstərici 461 milyon olub.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Samsung Electronics» şirkəti mobil telefon bazarında liderliyini qoruyub saxlayıb, bazar payı 21,4 faiz təşkil edib.
 
 
İkinci pillədə qərarlaşmış «Apple» korporasiyası ötən rüb 46,1 milyon «iPhone» satıb ki, bu da ötənilki göstəricidən 7,9 milyon çoxdur. Nəticədə ABŞ korporasiyasının bazar payı 8.3-dən 9,6 faizədək artıb.
 
 
30,3 milyon satılmış aparat və 6,3 faiz bazar payına malik «Microsoft» korporasiyası üçüncü pilləyə yerini dəyişib. Bir il əvvəl bu göstərici müvafiq olaraq 43,1 milyon və 9,4 faiz olub.
 
 
Emil Hüseynov
 
 




19/11/15    Çap et