Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” yeni çiplərinin istehsalı üçün partnyor tapıb


“Apple” şirkəti və TSMC (Taiwan Semiconductor Manufacturing Company) - əməkdaşlıq haqqında razılaşma imzalayıblar.

Əldə olunmuş razılığa əsasən, “TSMC” öz yeni partnyoru üçün 20-28 nanometr texnoloji proseslərlə hazırlanan çiplər istehsal edəcək. Ehtimal ki, söhbət “iPhone” və “iPad” mobil qurğuları üçün nəzərdə tutulan “A6” və “A7” prosessorlarından gedir.

“A6” kristallarının 2012-ci ilin aprel ayından sonra çıxacağı gözlənilir, lakin "alma" prosessorlarının yeni nəsli 2013-cü ildən sonra çıxacaq.

“DigiTimes” Tayvan informasiya nəşrinin xəbərinə əsasən, “TSMC” “Apple” şirkəti ilə qarşılıqlı sərfəli şərtlərlə müqavilə bağlamağa nail ola bilib. “Apple” şirkəti öz sərt şərtləri ilə tanınır: partnyorlar aşağı qiymətə və xeyli sayda məhsul yaratmalıdırlar.

Bundan əvvəl “Apple” prosessorların və əməli yaddaş çiplərinin istehsalını “Samsung Electronics” şirkətinə etibar edirdi, lakin qarşılıqlı məhkəmə iddiaları və smartfon bazarında rəqabətin kəskinləşməsi əməkdaşlıq münasibətlərinin kəsilməsinə gətirib çıxardı.




16/09/11    Çap et