Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«LG» şirkətindən yeni mobil xidmət
Dünyada ən böyük istehlak elektronikası istehsalçılarından biri olan «LG Electronics» korporasiyası mobil qurğular üçün ödəmə sistemini istifadəyə verib. «Reuters» agentliyi Cənubi Koreya şirkətinin bəyanatına istinadən yazır ki, yeni ödəmə sistemi «LG Pay» adlandırılıb.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «LG» smartfonlarının sahibləri öz cihazlarından istifadə edərək yeni xidmətin köməyi ilə müxtəlif ticarət nöqtələrində alış-verişin haqqını ödəyə biləcək.
«Samsung Pay» layihəsindən fərqli olaraq, «LG Pay» xidməti «LG»-nin bütün smartfon modellərində işləyəcək.
Emil Hüseynov
19/11/15 Çap et