Peyk naviqasiya sistemli ayaqqabı satışa çıxarılıb
Yaponiyada GPS peyk naviqasiya sistemi ilə təchiz edilən ayaqqabı satışa çıxarılıb. Məhsulun yaddaş pozğunluğu olan qocalar və ya uşaqlar üçün əvəzedilməz olacağı bildirilir.
GPS sistemi ilə işləyən kiçik aparat ayaqqabının daban hissəsində yerləşdirilib və real vaxt rejimində smartfon və ya kompüter ekranında çəkmə sahibinin olduğu yer haqqında məlumat almağa imkan verir. Xüsusi internet saytında qeydiyyatdan keçdikdən və parol aldıqdan sonra ayaqqabı sahibinin hərəkət istiqamətini təkcə qohumları deyil, həm tanışları, həm də tibb işçiləri izləyə biləcəklər.
Bu vaxtadək Yaponiyada satışda GPS sistemli medalyonlar olub, lakin qocalar çox vaxt onları evdə unudurdular və nəticədə evə gedən yolu itirirdilər. Həmçinin mobil telefon vasitəsilə insanın olduğu yeri izləmə üsulu effektiv hesab edilmir. Peyk sistemli ayaqqabının daha etibarlı olacağı vurğulanır.
Yerli polisin məlumatına görə, 2014-cü ildə Yaponiyada 430 min nəfər itkin düşüb ki, onların da çoxu ahıl insanlardır, -
“TASS” yazır.