Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron xidmətinin adı dəyişdirilib


“Elektron xidmət növlərinin Siyahısı”nda daha bir dəyişiklik edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında növbəti dəyişiklik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron xidməti ilə bağlı olub.
 
Dəyişikliyə görə, “Elektron xidmət növlərinin Siyahısı”nın 35.1-ci bəndi “Həqiqi hərbi xidmətdə olan şəxslərə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” redaksiyasında veriləcək.
 
Buna qədər sözügedən e-xidmət “Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” adı altında təqdim olunub.
 
 
CAHANGİR
 
 
 
 




19/11/15    Çap et