Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransada “Bitcoin” valyutası qadağan oluna bilər


“Bitcoin” virtual valyutası Fransada baş verən terror aktlarının araşdırılması fonunda Avropa İttifaqı (Aİ) ərazisində qadağan oluna bilər.
 
Cümə günü Brüsseldə Aİ ölkələri kriptovalyutanın terror aktlarının hazırlanması və maliyyələşdirilməsi üçün təhlükə törədə bilməsi məsələsini müzakirə edəcəklər.

 
Sənəd layihəsində Avropa Komissiyası üçün elektron/anonim ödənişlər və virtual valyutalar kimi qeyri-bank ödəmə üsullarının idarə olunması üzrə tədbirlər nəzərdə tutulur.
 

Eyni zamanda oktyabrın ortalarında Avropa Məhkəməsi “Bitcoin” və digər virtual valyuta ilə Aİ ərazisində aparılan əməliyyatların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qərar çıxarıb. Məhkəmə bu qərarla virtual valyutaları vergiqoyma baxımından ənənəvi valyutalara bərabərləşdirib.
 

“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Interfax” yazır.




20/11/15    Çap et