Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən tutumlu akkumulyator batareyasına malik smartfon təqdim olunub


Çinin «Macoox» şirkəti «Android» mobil platforması ilə işləyən «EX1» smartfonunu nümayiş etdirib. Yeni qurğunun əsas özəlliyi ondadır ki, 9000 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.

Bu göstərici digər qurğularla (1500 – 3000 milliamper/saat) müqayisədə bir neçə dəfə çoxdur. Amma istehsalçı yeni smartfonun avtonom iş vaxtını açıqlamayıb.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «vesti.ru» saytına istinadən yazır ki, beləliklə, «EX1» smartfonu dünyada ən tutumlu batareya ilə təchiz edilmiş smartfon tituluna sahiblənib. Məsələn, «iPhone 6S»-də bu göstərici 1715 milliamper/saat, «Samsung Galaxy S6»-da 2600 milliamper/saat, «HTC One M9»-da isə 2840 milliamper/saatdır. Digər tərəfdən, akkumulyator batareyasının tutumunun çox olması «Macoox» adlı qurğunun qalınlığını (14-15 mm) artırıb.
 
 
Dünyada ən tutumlu akkumulyator batareyasına malik yeni smartfon 4,5 düymlük ekran, dördnüvəli prosessor, 1 QB əməli yaddaş və 8 QB fləş toplayıcı ilə təchiz edilib. Aparat 8 meqapiksellik əsas və 2 meqapiksellik ön  kameraya malikdir.
 
 
Emil Hüseynov




20/11/15    Çap et