Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kiberhücumlar artıq insan həyatına təhlükə yaratmağa başlayıb


Cari ilin üçüncü rübündə «Trend Micro» şirkəti tərəfindən tərtib edilmiş "Hazards Ahead: Current Vulnerabilities Prelude Impending Attacks" adlı informasiya təhlükəsizliyi hesabatına əsasən, şəbəkənin inkişafı və hücumlara dayanıqsız qurğuların çoxalması kiberhücumların real dünyaya təsir göstərməsi ilə nəticələnib.
 
 
Hesabatda deyilir ki, informasiya təhlükəsizliyi və mobil platformalarda aşkarlanan boşluqlar, həmçinin bu boşluqlardan istifadə edən zərərli proqramlar artıq yalnız məxfi informasiya üçün deyil, həm də fiziki təhlükəsizlik üçün təhdid yaradır.
 
«Trend Micro» şirkətinin nümayəndəsi bildirib ki, bundan başqa, təhlükəsizlikdə aşkarlanan belə boşluqlar daha genişmiqyaslı hadisələr üçün potensial zəmin hazırlayır.
 
 
"Kiberhücumların təkamülü indi elə bir mərhələyə yaxınlaşıb ki, artıq insanların real həyatına və təşkilatlara təsir göstərməyə başlayıb - «Trend Micro» şirkətinin CTO-su Raymund Qines belə deyib.
 
 Cari rübdə proqram təminatında aşkarlanmış boşluqların sayca çox olması və məlumatların mühafizəsi ilə bağlı pozulmalar çox məxfi və təhlükəli informasiyanın ələ keçməsinə şərait yaradıb.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «cnews.ru» saytına istinadən yazır ki, cari rübdə Los-Ancelesdə Kaliforniya Universitetinin («UCLA Health») xəstəxana şəbəkəsinə hücum daxil olmaqla səhiyyə təşkilatlarında çoxlu sayda insident qeydə alınıb. Belə ki, həyata keçirilmiş kiberhücum nəticəsində «UCLA Health» 4,5 milyon pasiyenti haqda məlumatlar ələ keçirilib.
 
«Trend Micro» şirkətinin məlumatına görə, pasiyent haqda şəxsi və ya tibbi informasiya müxtəlif kateqoriyalı məlumat itkisi arasında "populyarlıq" üzrə ikinci pillədə yerləşir.
 
 
Kibercinayətkarlar «iOS» və «Android» platformalarında aşkarlanmış boşluqlardan istifadə edərək mobil qurğu istifadəçilərini hədəfə almaqda davam edirlər.
 
 
Hesabatda, həmçinin internetə qoşulmuş qurğuların təhlükəsizlik səviyyəsi məsələsi müzakirə olunub. Tədqiqatlara əsasən, kibercinayətkarlar belə qurğular üzərində nəzarəti ələ keçirə bilərlər ki, bu da təhlükəli nəticələrə
səbəb ola bilər.
 
Emil Hüseynov
 




20/11/15    Çap et