Kuba telekanalı ABŞ ərazisinə translyasiya olunacaq
Kubanın “Caribbean Broadcasting Network” televiziya şirkətinə məxsus yeni "CubaNetwork” kanalı 2016-cı ilin aprelindən etibarən ABŞ sakinləri üçün yayımlanacaq.
Bildirilir ki, “CubaNetwork” investorları telekanalın ABŞ-da uğur qazanacağına inanaraq ilk növbədə Kubaya səfər etmək və ya ölkə ərazisində öz biznesini qurmaq istəyən vətəndaşları cəlb etməyi planlaşdırırlar. Məhz buna görə “CubaNetwork” verilişləri subtitr və ya tam ingilis dilində yayımlanacaq. Kanalın siqnalının yayılmasından Kuba hökuməti də gəlir götürəcək.
17 dekabr 2014-cü ildə ABŞ və Kuba ABŞ tərəfindən tətbiq edilən çoxillik iqtisadi qadağadan sonra ölkələr arasında diplomatik münasibətləri normallaşdırmaq niyyətində olmasını bəyan edib,
“Mediasat” yazır.