Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hindistanda pulsuz noutbukların paylanılmasına başlanılıb
Hindistanın cənubunda yerləşən Tamilnad ştatında şagirdlərin pulsuz portativ kompyuterlərlə təmin edilməsi ilə bağlı irihəcmli proqrama start verilib.
Proqram 5 ilə hesablanıb: birinci il ərzində 900 min şagirdə leptop vermək planlaşdırılır, pulsuz noutbuk ştatın 7 milyon sakininə veriləcək. Kompyuterlər dövlət məktəbləri və kolleclərin yuxarı sinif şagirdlərinə paylanılır.
Təşəbbüsün təşkilatçıları hesab edirlər ki, kompyuterlər noutbuk almaq vəziyyətində olmayan aztəminatlı ailələrin uşaqlarına kömək edəcək.
Eyni zamanda, əhalinin ümumi savad səviyyəsini yüksəltməyə imkan yaradacaq. Bundan başqa sözügedən proqramın Tamilnadda İT texnologiyalarının inkişafını sürətləndirəcəyi də gözlənilir.
16/09/11 Çap et