Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sumqayıtda şagirdlərin davamiyyətinə internet vasitəsilə nəzarət mexanizmi uğurla tətbiq edilir
Sumqayıtda şagirdlərin davamiyyətinə internet vasitəsilə nəzarət mexanizmi uğurla tətbiq edilir. Şəhər Təhsil Şöbəsindən verilən məlumata görə, bununla da normal dərs prosesinin təşkilində şagirdlərin dərsə davamiyyətinə tam nəzarət olunur.
Sumqayıtda tətbiq olunan bu mexanizm həm şagirdlərin və valideynlərin, həm də məktəb rəhbərliyinin məsuliyyətinin artırılmasına və şagirdlərin dərsə davamiyyətinin daha da yaxşılaşmasına səbəb olub.
Bu sistemin tətbiqindən ötən dövr ərzində onun təkmilləşdirilməsi üzrə aparılan işlər intensivləşdirilib, valideynlərlə interaktiv əlaqə və saytın mobil telefon versiyası hazırlanaraq işə salınıb.
Eyni zamanda, bu resurs vasitəsilə saytın çoxsaylı ziyarətçilərinə təhsil və tərbiyə sahəsində müxtəlif maarifləndirici materiallar, şəhər Təhsil şöbəsi tərəfindən keçirilmiş müxtəlif tədbirlərin videogörüntüləri, açıq dərslər təqdim edilir.
RƏVAN
20/11/15 Çap et