Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ayda “Elektron hökumət” portal vasitəsi ilə onlayn uçota alınan sığortaolunanların sayı 7,9 faiz çoxalıb


Oktyabr ayında “Elektron hökumət” portalı üzərindən onlayn uçota alınan sığortaolunanların sayı sentyabr ayına nisbətən 7,9 faiz artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, oktyabrda “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətinə  16939 dəfə müraciət olunub.
 
Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi bu xidmət vasitəsi ilə  sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu aparılır.
 
CAHANGİR




20/11/15    Çap et