Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təkmil formada qurulub
Bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Gəncə regional miqrasiya idarəsinin əhatə etdiyi Qazax rayonunda keçirilən “Açıq qapı” günündə məlumat verilib.
Tədbirdə ölkədə qalma müddətinə müvafiq olaraq bu ilin 10 ayı ərzində 589.454 nəfərin olduğu yer üzrə qeydiyyata alındığı, 22.886 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən olunduğu açıqlanıb.
CAHANGİR
20/11/15 Çap et