Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər baş-beyinin dərin vizullaşdırılması üsulunu hazırlayıblar


Nyu-York Şəhər Kollecinin (The City College of New York) neyrobioloqları baş-beyinin dərin vizullaşdırılması üçün yeni metod hazırlayıblar.  
 
Mütəxəssislər indi belə tədqiqatların aparılması üçün 1600-1800 nanometrlik işıq dalğalarından istifadənin mümkün olmasını nümayiş etdirməyə nail olublar.
 
Bildirilir ki, əvvəllər baş-beyinin dərin vizullaşdırılması üçün 650-950 nanometrlik yaxın infraqırmızı diapazondan istifadə edilib. Bu, baş-beyinin qeyri-invaziv tədqiqatlarını aparmağa imkan versə də, əldə edilən təsvirlər aydın olmayıb.
 
Hazırda isə baş-beyinin dərin təbəqələrini öyrənmək və yüksək keyfiyyətli təsvirlər almaq üçün imkan yaranıb. Yeni metodikadan təkcə neyrovizuallaşdırma üçün deyil, həm də süd vəzilərinin tədqiqi məqsədilə istifadə oluna bilər.
 
Yaxın vaxtlarda alimlər yeni metodu laboratoriya siçanları üzərində keçirməyi planlaşdırırlar, - "Delo” yazır.




20/11/15    Çap et