Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Samsung» yeni ucuz smartfonunu nümayiş etdirib
Cənubi Koreyanın «Samsung» şirkəti «Galaxy J3» adlı yeni smartfonunu təqdim edib.
«Samsung Galaxy J3» smartfonu 1280 x 720 nöqtə təsvir ölçülü və 294 ppi piksel sıxlığına malik 5 düymlük «Super AMOLED» ekranı, 1,5 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Prosessor haqda yalnız o məlumdur ki, 1,2 QHs takt tezliyində işləyən 4 hesablama nüvəsinə malikdir.
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, telefonun əsas kamerası avtofokus və işıq diodu işıqlandırıcısını dəstəkləyən 8 meqapiksellik təsvir ölçüsünə malikdir. Selfi və videozənglər üçün nəzərdə tutulmuş ön fotomodulun təsvir ölçüsü 5 meqapikseldir.
Qurğunun ölçüsü 142,3 x 71 x 7,9 mm, çəkisi 138 qramdır. Smartfon 2600 milliamper/saat tutumunda akkumulyator batareyası, «Wi-Fi 802.11 b/g/n» və «Bluetooth 4.1» simsiz rabitə kontrolleri, «GPS» naviqasiya qəbuledicisi, «LTE» modem və standart ötürücülər dəstinə malikdir. Qurğuya «TouchWiz» interfeysinə malik «Android Lollipop» mobil əməliyyat sistemi quraşdırılıb.
«Samsung Galaxy J3» smartfonunun pərakəndə dəyəri 120 dollar olacaq.
Emil Hüseynov
21/11/15 Çap et