Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniyada elektron ticarət yüksəliş mərhələsinə qədəm qoyacaq


Almaniya Elektron Ticarət Assosiasiyasının məlumatına görə, yaxın 4 ildə Almaniyada elektron ticarətin dövriyyəsi hər il 12 faiz artacaq. Bu halda iri ticarət meydançaları və bazarlarda satış həcmi ildə 8 faiz artacaq.
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «json.tv» saytına istinadən yazır ki, nəticədə 2019-cu ilə Almaniyada elektron ticarətin dövriyyəsi 60 faiz artaraq ildə 114 milyard avroya yaxınlaşacaq.
 
"Yaxın illərdə Almaniyanın onlayn sənayesi yüksəliş mərhələsini yaşayacaq - assosiasiyanın icraçı direktoru Xarald Samma belə hesab edir. Belə davam etdiyi halda internet sənaye Almaniyanın kimya və maşınqayırma kimi qədim sənaye sahələrini geridə qoyacaq".
 
Elektron ticarətdə yüksəliş əmək bazarına müsbət təsir edəcək. 2019-cu ildə internet üzərindən satışlarla məşğul olan mütəxəssislərin sayı 332 minə yaxınlaşacaq. Cari ildə bu göstərici 243 min təşkil edib.
 
Emil Hüseynov




21/11/15    Çap et