Mark Zukerberq qızına görə “Facebook”u tərk edir (FOTOLAR)
Dünyanın ən böyük sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zukerberq iki ay müddətinə “Facebook”dakı fəaliyyətində fasilə vermək qərarına gəlib. Özünün şəxsi “Facebook” səhifəsində bu barədə məlumat verən Zukerberq 2 aylıq atalıq məzuniyyəti götürmək haqda qərar qəbul etdiyini qeyd edib.
“Prisilla və mən qızımızın gəlişi üçün hazırlaşmağa başlamışıq. Biz sevimli uşaqlıq kitablarımızı və oyuncaqlarımızı da onun üçün seçmişik. Onun həyatının ilk ayı ərzində işə fasilə vermək niyyətindəyik. Bu, şəxsi qərardır. Mən 2 aylıq atalıq məzuniyyəti hüququmdan istifadə etmək niyyətindəyəm. Araşdırmalar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələri üçün vaxt ayırması daha xeyirlidir”.
Markın sözlərinə görə, “Facebook” 4 aylıq analıq məzuniyyəti üçün müavinət ödəyir. Eyni zamanda şirkətin kişi personalı da atalıq məzuniyyəti götürmək hüququna malikdir.
“Həyatımızda növbəti mərhələyə başladığımız üçün çox sevinirik” - deyə gələcək ata duyğularını bölüşüb.