Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən ay vətəndaşa aid fərdi məlumatlar üzrə 11789 elektron arayış formalaşdırılıb


Oktyabrda “Elektron hökumət” portalı istifadəçilərinin ən çox yararlandığı elektron xidmətlərdən biri “Vətəndaşlara aid fərdi məlumatlar üzrə arayış” olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay vətəndaşlar bu elektron arayış növünə 11789 dəfə müraciət edib.
 
Portal istifadəçiləri 2013-cü ilin noyabrında istifadəyə verilən e-arayışdan indiyədək 155380 dəfə faydalanıb.
 
Vətəndaşlar bu xidmət vasitəsi ilə kredit almaq və digər məsələlər üçün özlərinə aid fərdi məlumatlar üzrə elektron arayışı formalaşdıra bilirlər.
 
CAHANGİR
 




21/11/15    Çap et