Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys yaradılacaq
Mərkəzi Bank (MB) ölkədə həyata keçirilən pərakəndə nağdsız ödənişlərin miqyasını daha da böyütmək və onu inkişaf etdirmək məqsədi ilə bir sıra layihələr reallaşdırıb.
Bu layihələrdən ən mühümü “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılmasıdır.
MB-dən “ICTnews.az”a verilən məlumata görə, sözügedən layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə informasiyaların emalı prosesinin respublika daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcəkdir.
Üstəlik, layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys (əlaqə) yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə respublika daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcəkdir.
SEYMUR
21/11/15 Çap et