Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xarici internet dükanlarda alınan mallara əlavə rüsum tətbiq edilə bilər


Xarici internet dükanlarda alınan mallara yeni əlavə rüsumun tətbiq edilməsi müzakirə edilir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 22 avrodan yüksək qiymətli bağlamanın 1 kiloqramı üçün əlavə olaraq 15 avro və daha çox rüsum tətbiq edilə bilər. Bu varianta Avropa İqtisadi Komissiyası tərəfindən baxılacağı gözlənilir.
 
Qiyməti 150 avrodan yuxarı, ümumi çəkisi isə 10 kiloqramdan çox olan mallar üçün əlavə 15 avro rüsum, üstəgəl, ümumi gömrük qiymətinin 30 faizi tələb oluna bilər. Bu arada 1 kiloqram çəkidə mallara tətbiq edilə biləcək minimal rüsum 4 avrodan az olmayacaq.
 
Aynur Vəliyeva
 




23/11/15    Çap et