Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ARDNŞ strategiyasında İKT-nin inkişafı nəzərdə tutulub


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 2025-ci ilədək uzunmüddətli fəaliyyət strategiyasında informasiya və kommunikasiya texnologiyalarının inkişafı nəzərdə tutulub.

Bu barədə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib. Onun sözlərinə görə, yüksək səviyyədə hazırlanan və çoxşaxəli istiqamətləri özündə birləşdirən strategiyanın ilkin variantı artıq hazırdır.

Onun sözlərinə görə, əsas məsələ belə uzun müddətə dəqiq proqnozlaşdırmanın çətinliyidir."Lakin strategiyanın bu il qəbul edilməsini düşünürük", - deyə Qasımov qeyd edib.




16/09/11    Çap et