Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalı üzərindən yoxlanılan e-arayışların sayı 31 mini keçib
“Elektron arayışların yoxlanılması” elektron xidmətindən istifadə sayı 31 mini ötüb.
“ICTnews” elektron xəbər xidmətinin məlumata görə, 2013-cü ilin noyabrında “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətdən indiyədək 31 550 dəfə istifadə olunub.
Bu xidmət vasitəsi ilə portal üzərindən verilən e-arayışların həqiqiliyini yoxlamaq mümkündür.
Bunun üçün açılan səhifədə elektron sənəddə qeyd olunan arayışın nömrəsini sistemə daxil etmək tələb olunur.
Sənədi yükləmə düymələrini seçməklə elektron arayışı “PDF” və ya “XML” formatında əldə etmək olur.
CAHANGİR
23/11/15 Çap et