Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda yeni elektron xidmətlər işə salınacaq
"Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna "Elektron hökumət" portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi" xidmətinin hazırda vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, hazırda bu sahə üzrə 20-dən çox xidmət elektronlaşdırılıb və tezliklə "Elektron hökumət" portalı üzərindən vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, hazırda portalda 45 qurumun 432 e-xidməti təqdim olunur.
CAHANGİR
23/11/15 Çap et