Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ucuz «Oppo A33» smartfonu satışa çıxarılıb


Çinin «Oppo» şirkəti yeni «A33» smartfonunu təqdim edib. Aparatın dəyəri ucuz olsa da, amma güclü prosessor və kamera ilə təchiz olunub.
 
 
«Oppo A33» modeli 960 x 540 piksel təsvir ölçülü 5 düymlük ekran, 2 QB əməli yaddaş, 16 QB daxili yaddaş, həmçinin 1,2 QHs takt tezlikli 4 ədəd «Cortex» hesablama nüvəsinə malik 64 bitlik «Qualcomm Snapdragon 410» prosessoru ilə təchiz olunub.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir, ön kamera isə 5 meqapiksellik matrisə malikdir. Şəkillərin ani emalı üçün «Beauty 3.0» proqram təminatı mövcuddur.
 
 
Smartfonun ölçüsü 142,7 x 71,7 x 7,55 mm, çəkisi 146 qram təşkil edir. «Bluetooth 4.0», «LTE», «Wi-Fi» və «GPS/A-GPS» simsiz kommunikasiya dəstəyi, 2400 milliamper/saat tutumunda akkumulyator batareyası, çıxarılan taxılan daşıyıcılar üçün «microSD» slotu var. Aparat «Android 5.1» sisteminə əsaslanan «ColorOS 2.1» ilə işləyir.
 
 
 
Qurğu danışıq rejimində 8 saat, gözləmə rejimində 250 saat işləyir. İstehsalçı «SIM» kartlar üçün iki slot nəzərdə tutulub.
 
 
«Oppo A33» smartfonu Çində təxminən 235 dollara satılır.
 
 
Emil Hüseynov




23/11/15    Çap et