Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2019-cu ildə mobil telefonların 95 faizi smartfonlardan ibarət olacaq
İndi dünyada buraxılan mobil telefonların əksəriyyəti smartfonlar kateqoriyasına aiddir. «IC Insights» analitik şirkətinin məlumatına görə, ilk dəfə 2013-cü ilin birinci rübündə mobil telefonların 50 faizi smartfon kateqoriyasına məxsus olub və o vaxtdan etibarən "ağıllı" telefon modellərinin bazar payı davamlı artır.
Gözləntilərə görə, 2015-ci ilin son rübündə smartfonların tədarük həcmi 410 milyona yaxınlaşacaq və mobil telefon tədarükünün 80 faizi smartfonların payına düşəcək. Bundan başqa, mütəxəssislər hesab edir ki, 2019-cu ildə bu göstərici 95 faizədək yüksələcək.
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, smartfonlardan fərqli olaraq, 2015-ci ildə adi telefonların tədarük həcmi 30 faiz azalacaq və 2016-cı ildə isə bu göstərici 28 faiz olacaq. Nəticədə 2015-ci ildə mobil telefonlar bazarının həcmi 1 faiz azalacaq, gələn il isə yalnız 2 faiz artacaq.
Analitiklərin fikrincə, «Samsung» və «Apple» şirkətləri əvvəlki ildə olduğu kimi, smartfon bazarının liderləri olacaq. 2014-cü ildə adıçəkilən hər iki şirkət ümumilikdə 504 milyon smartfon tədarük edib ki, bu da bütün smartfonların 40 faizi deməkdir.
Emil Hüseynov
23/11/15 Çap et