Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Gartner»: «Windows 10» əməliyyat sistemi tezliklə «Windows»un ən populyar versiyası olacaq
«Gartner»in proqnozuna əsasən, yeni «Windows 10» əməliyyat sistemi (ƏS) tezliklə «Windows»un ən populyar versiyası olacaq.
Ekspertlər hesab edir ki, yeni ƏS-i şirkətin əvvəlki sistemləri ilə müqayisədə korporativ seqmentdə daha sürətlə tətbiq olunacaq. Analitiklərin qiymətləndirməsinə görə, 2017-ci ilin yanvarına kimi müəssisə və idarələrin 50 faizində «Windows 10» sisteminə keçid başlanacaq.
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, istehlak bazarına gəlincə, 2015-ci ilin sonuna kimi on milyonlarla istifadəçi öz qurğularına «Windows 10» platformasını quraşdıracaq. «Gartner» tədqiqat şirkətinin analitiki Stiv Kleynhans bildirib ki, bu, ödənişsiz yeniləmə sayəsində mümkün olacaq.
Mütəxəssislər 2020-ci ilin yanvarında «Windows 7» ƏS-nin dəstəyinin dayandırılmasını, həmçinin «Windows 7»-də işləyən proqram və qurğuların yeni sistemlə yüksək uyğunluğunu yeni platformaya keçidi stimullaşdıran amillər adlandırıblar.
«Gartner»in analitikləri hesab edirlər ki, 2017-ci ilin əvvəlinə kimi bütün müəssisələrin 50 faizi yeni ƏS-dən istifadəyə keçəcək və 2019-cu ildə bu proses tamamilə başa çatacaq.
Emil Hüseynov
23/11/15 Çap et