Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində 4 ilə startapların sayı 2 dəfə artıb


2014-cü ildə Çində 1,61 milyon yeni şirkət fəaliyyətə başlayıb ki, bu da 2010-cu ilin göstəricisindən iki dəfə çoxdur. Bu barədə "UHY International" konsaltinq şirkətinin məlumatında deyilir.

Qeyd olunan müddət ərzində Böyük Britaniyada startapların sayında 50 faiz, Hindistanda 45 faiz, Avstraliyada 40 faiz, ABŞ-da 10 faiz artım qeydə alınıb. Yaponiya və Kanadada artım 5 faiz təşkil edib.  

Çin hökuməti elan edilmiş ixracyönümlü iqtisadiyyatdan və xarici investisiyaların cəlb edilməsindən daxili istehlakın artırılması və xidmətlər sahəsinin inkişafı modelinə keçid fonunda yeni şirkətlərin, ələlxüsus internet texnologiyaları şirkətlərinin yaradılmasını stimullaşdırır.

Gənc çinli sahibkarlar üçün nümunə kimi "Alibaba Group Holding" internet şirkətinin 51 yaşlı təsisiçisi Cek Ma göstərilir. O, şirkətin səhmlərinin ilkin yerləşdirilməsindən sonra ölkənin ən varlı adamı olub, - "Interfax"  yazır.




23/11/15    Çap et