Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” gələn il “Box” və ya “Dropbox” servisini ala bilər


Analitiklər ehtimal edirlər ki, 2016-cı ildə "Apple" şirkəti "Box" və ya "Dropbox" servisini ala bilər.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu proqnozu CCS tədqiqat şirkətinin mütəxəssisləri veriblər.
 
"Apple" şirkətinin bu servislərə olan marağı, hər iki şirkətin "IBM" ilə tərəfdaş əlaqələrin əsasında korporativ həllər təqdim etməsi ilə əlaqələndirilir. Bundan başqa, "Box" və "DropBox" "bulud" hostinqi xidmətləri göstərirlər, "Apple" şirkətinin isə artıq analoji "iCloud" xidməti var. Rəqibin alınması şəxsi müştəri bazasının genişləndirilməsi kimi qəbul edilə bilər.
 
Aynur Vəliyeva
 




23/11/15    Çap et