Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nar” Naxçıvanda “Nar Home” istifadəçiləri üçün kampaniya elan edib
"Nar" mobil rabitə operatoru Naxçıvan Muxtar Respublikasında "Nar Home" istifadəçilərinə sərfəli şərtlərlə müxtəlif yerli və xarici kanalları izləmək imkanı yaradan rəqəmli TV xidməti təqdim edir.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, xidmətə yeni qoşulan abunəçilər 5 ayın ödənişini öncədən etdikləri halda 6-cı ayı xidmətdən pulsuz istifadə edirlər. On ayın ödənişini öncədən etdikdə 11-ci və 12-ci ayları və ya "Nar Home" qəbuledicisini pulsuz əldə edirlər.
Bu il dekabrın 1-dək müqavilə bağlamış abunəçilər üçün "Nar Home" DVB-T2 qəbuledicisinin qiyməti 25 manat, aylıq abunə haqqı isə 9 manat təşkil edir.
Dekabrın 1-dən sonrakı müddətdə müqavilə bağlamış abunəçilər üçün aylıq abunə haqqı 10 manat təşkil edəcək. Kampaniya 2016-cı ilin sonuna kimi davam edəcək.
Aynur Vəliyeva
23/11/15 Çap et