Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda ALİSA proqramının tətbiqi ilə bağlı növbəti treninqlər başlanılıb


Bakının bir sıra rayonlarının kitabxanalarında yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük  treninqlər  təşkil olunub.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, treninqdə  Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edərək, ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənəcək və yerlərdə tətbiq edəcəklər. 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın  və  “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyi bildirilib. 
 

Aynur Vəliyeva
 





24/11/15    Çap et