Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Google» müəllif hüquqlarını pozan istinadların silinməsi ilə bağlı 62 milyon sorğu alıb
Son ayda hüquq sahibləri tərəfindən «Google» şirkətinə qanunsuz məzmuna malik veb ünvanların silinməsi ilə bağlı 62 milyondan çox sorğu edilib.
«ICTnews.az» Elektron Xəbər Xidməti «lenta.ru» saytına istinadən yazır ki, keçmiş ayda qanunsuz məzmuna malik saytlar arasında «unblocksit.es» (648348 sorğu), «anyvn.com» (632186 sorğu) və «flowxd.me» (617314 sorğu) resurslarının adı daha çox çəkilib. Korporasiyanın qiymətləndirməsinə görə, «unblocksit.es» və «flowxd.me» saytlarında səhifələrin 50 faizindən çoxunun məzmunu mübahisə doğurur.
Qeyd edək ki, «Google» internet şirkəti müntəzəm olaraq hüquq sahibləri və onların nümayəndələrindən axtarış nəticələrinin silinməsi ilə bağlı sorğular alır. Şirkət müəllif hüququnu pozan materiallar üçün istinadları axtarış nəticələrindən silir. Bununla belə hər il sorğuların sayı artır.
Emil Hüseynov
25/11/15 Çap et