Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Apple Pay» Çin bazarına çıxmağa hazırlaşır


«Apple» korporasiyası 2016-cı ilin fevralında Çində öz ödəmə sistemini işə salmağı planlaşdırır.
 
«ICTnews» Elektron Xəbər Xidməti «lenta.ru» saytına istinadən yazır ki, ABŞ şirkəti artıq Çinin 4 ən böyük dövlət bankı ilə saziş imzalayıb.
 
Çin bazarı “Apple” üçün böyük əhəmiyyət kəsb edir. Cari ilin dördüncü maliyyə rübündə Çində «iPhone» satışı təxminən iki dəfə artıb. ABŞ korporasiyası «Alibaba Holding Group»un «Alipay» ödəmə sisteminə və dövlət konsorsiumu tərəfindən nəzarət edilən «UnionPay» sisteminə qarşı rəqabət aparacaq.
 
Emil Hüseynov
 
 




25/11/15    Çap et