Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” informasiya sızması hallarının təhqiqini başa çatdırıb


İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı bu ilin aprelin sonunda yeni yüksəksəviyyəli domenlər üçün namizədlərin fərdi məlumatlarına qanunsuz müdaxilə hallarının araşdırılmasını başa çatdırıb.
 
Mütəxəssislər tərəfindən 12 hesabdan 12 qanunsuz müdaxilə halı qeydə alınıb. Onlar vasitəsilə səkkiz qeydiyyatçı orqanın məxfi informasiyasının ələ keçirilməsi ehtimal edilib.
 
Lakin aparılan təhlillərdən məlum olub ki, bütün müdaxilə halları qəsdən həyata keçirilməyib, istifadəçilərin əldə edə biləcəkləri informasiya isə vacib fərdi məlumatlara aid deyil və ondan rəqabətdə üstünlük əldə etmək və ya digər qanunsuz məqsədlər üçün istifadə qeyri-mümkündür, - "Webnames” yazır.




25/11/15    Çap et