Alimlər baş-beyində digər insanları qiymətləndirən sistem aşkarlayıblar
Ayrı-ayrı insanlar arasında populyarlıq insanın cəmiyyətdəki mövqeyinə bilavasitə təsir edir. ABŞ alimləri tədqiqat apararaq bəzi insanların hansı səbəbə görə digər insanlardan daha çox diqqət cəlb etməsini öyrənmək istəyiblər.
Tədqiqatçılar əsas kimi insanın sosial şəbəkələrdə özünü aparmasını götürüblər. Eksperiment iştirakçıları insanları fotoşəkil ilə qiymətləndirən zaman onların beyini baş-beyinin daha fəal hissələrini müəyyənləşdirən funksional maqnit-rezonans tomoqrafiyası metodu ilə öyrənilib. Məlum olub ki, insanların digərlərini populyar kimi qəbul etməsinə baş-beyin qabığında olan xüsusi neyron qiymətləndirmə sistemi cavabdehdir. Sistem hətta bu və ya digər insanların ətrafdakılar üçün onların özlərini cəlbedici hesab etməsələr belə cəlbedici olmasını müəyyənləşdirir.
Neyron qiymətləndirmə sistemi haqqında məlumatlar başqa insanların statusu barədə təsəvvürün bizim davranışımıza necə təsir göstərməsini anlamağa imkan verir, -
“Qazeta” yazır.