Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda informasiya təhlükəsizliyi üzrə texniki "vorkshop" keçiriləcək
"Softline", "Check Point" və "Qualys" şirkətləri dekabrın 1-də Bakıda "Checkpoint və Qualys şirkətlərindən informasiya təhlükəsizliyi sahəsində həllər" mövzusunda pulsuz texniki "vorkshop" keçirəcəklər.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir iki hissədən ibarət olacaq, birinci hissədə vendorların məhsul və həlləri haqda məlumat təqdim ediləcək.
İkinci hissədə Qualys Guard həlli üzrə ekspress-təlim keçiriləcək.
Tədbir sifarişçilər üçün nəzərdə tutulub.
Aynur Vəliyeva
25/11/15 Çap et