Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cihazları «Wi-Fi» texnologiyasının köməyilə enerji ilə doldurmaq mümkün olacaq
Vaşinqton Universitetində işləyən alimlər «Wi-Fi»-ın köməyi ilə mobil qurğuları enerji ilə doldurmağa imkan verəcək «Power Over Wi-Fi» texnologiyasını hazırlayıblar.
İstehsalçı bildirib ki, bu texnologiya «Jawbone» fitnes bilərziyini 2,5 saat ərzində 41 faizədək enerji ilə doldura bilir. Qeyd edək ki, cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.
«ICTnews.az» Elektron Xəbər Xidməti «gazeta.ru» saytına istinadən yazır ki, sözügedən texnologiyanın əsas özəlliyi ondadır ki, eyni zamanda həm cihazı enerji ilə doldurmaq, həm də «Wi-Fi» şəbəkəsindən istifadə etmək mümkün olacaq. Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir.
Emil Hüseynov
26/11/15 Çap et