Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Belarus və Rusiya birgə texnopark yaratmağı planlaşdırır
Belarus Respublikasının Elm və Texnologiyalar üzrə Dövlət Komitəsi və Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi Belarus-Rusiya texnoparkının yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparacaqlar. Bu məsələ Moskvada keçirilmiş iclasda müzakirə edilib.
«ICTnews.az» Elektron Xəbər Xidməti «belta.by» saytına istinadən yazır ki, tərəflər, həmçinin cari ilin sonuna kimi kosmik tədqiqatlar, biotexnologiya və başqa qabaqcıl istiqamətlərdə 3-4 ciddi layihə üzərində işləməklə bağlı razılığa gəlib.
Emil Hüseynov
26/11/15 Çap et