Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Huawei» yeni qabaqcıl smartfonunu nümayiş etdirib


Çinin «Huawei» şirkəti yeni qabaqcıl «Mate 8» smartfonunu nümayiş etdirib.
 
 
Aparat qoruyucu şüşəyə malik 1920x1080 piksel təsvir ölçülü 6 düymlük displey, səkkiznüvəli «HiSilicon Kirin 950» prosessoru ilə təchiz edilib.
 
Əməli yaddaşın tutumu cihazın modelindən asılı olaraq 3 və ya 4 QB, fləş daşıyıcının tutumu isə 32 və ya 64 QB təşkil edir. Smartfon metal korpusda hazırlanıb və barmaq izi skanerinə malikdir.  Qurğu 185 qramdır.
 
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «hitech.newsru.com» saytına istinadən yazır ki, «Huawei Mate 8» qurğusunda əsas kameranın təsvir ölçüsü 16 Mp, ön kameranın təsvir ölçüsü isə 8 Mp təşkil edir. Smartfonun akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir və sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Aparat «EMUI 4.0 OS» interfeysli «Android 6.0 Marshmallow» sistemi ilə işləyir.
 
 
 
 
Gözləntilərə görə, «Mate 8» smartfonu gələn ilin əvvəlində Çində satışa çıxarılacaq və təxmini dəyəri modeldən asılı olaraq 470-690 dollar təşkil edəcək.
 
 
Emil Hüseynov




26/11/15    Çap et