Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dördnüvəli prosessorlarla olan smartfonlar 2012-ci ilin əvvəlində çıxa bilər
“Qualcomm” şirkəti bildirib ki, “Krait” arxitekturasında olan yeni nəsil “Snapdragon” çiplərinin tədarükləri cari ildə başlanacaq.
Söhbət 28 nanometr texnologiya əsasında hazırlanan “S4” sinfinin məhsuldar prosessorlarından gedir; prosessorlar 1-4 nüvəli olacaq, “3D” məzmunla, “1080p” formatında yüksək dəqiqlikli video ilə, 8 kanal (7.1) səs sistemi ilə və 20 milyon piksel kəskinliyə qədər kamera ilə iş imkanı təmin ediləcək.
“Krait” mikroçiplərinin takt tezliyi 2,5 QHz-ə qədər olacaq; onların konstruksiyasına təkmilləşdirilmiş “Adreno” qrafik nüvəsi daxil ediləcək.
“LTE” dördüncü nəsil mobil şəbəkələrinin dəstəklənməsi bildirilir. “Snapdragon”nun mövcud həlləri ilə müqayisədə “Krait” prosessorlarının məhsuldarlığı 4-5 dəfə yüksək olacaq. “Krait” mikroçipləri ilə olan ilk smartfonların 2012-ci ilin əvvəlində çıxacağı gözlənilir.
17/09/11 Çap et