Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Los-Ancelesin küçələrində «4G» modemlə təchiz edilmiş «LED» işıqlandırıcılar quraşdırılıb


«Philips» şirkəti «Ericsson» ilə birgə yeni növ küçə işıqlandırılması sistemini hazırlayıblar. «Philips Smart Pole» adlı küçə işıqlandırıcıları enerjiyə qənaət edən işıq diodu lampaları əsasında işləyir və «4G LTE» qoşulma texnologiyasını dəstəkləyir ki, bu da küçə işıqlandırıcılarını faktiki olaraq internetə simsiz çıxış nöqtələrinə çevirir.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «hi-news.ru» saytına istinadən yazır ki, pilot layihə Los-Ancelesin küçələrində sınaqdan keçiriləcək.
 
 
Tezliklə adı çəkilən şəhərdə 100 ədəd «Smart Pole Street Lighting» dirəyi qurulacaq.
 
 
«Smart Pole» küçə işıqlandırıcıları «Philips» şirkətinin «Əşyalar bazarı»nın öyrənilməsi və mənimsənilməsi üzrə yeni strategiyası çərçivəsində işlənib. Bu layihəyə əsasən, istənilən küçə obyektindən internetə simsiz çıxış nöqtəsi kimi istifadə mümkün olacaq.
 
 
«Philips» şirkəti bu ideyanı reallaşdırmaq üçün telekommunikasiya texnologiyaları bazarında ən nəhəng şirkətlərdən biri olan «Ericsson» şirkətinə müraciət edib.
 
 
 
Emil Hüseynov




27/11/15    Çap et