Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Big Data” analizi texnologiyaları tədqiq olunur
Azərbaycanın neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyaları tədqiq olunur.
“Big Data” texnologiyalarının aktual elmi-nəzəri problemləri (böyük verilənlərin analitikası, saxlanması, emalı, vizuallaşdırılması və s.), böyük verilənlərin analizi üçün istifadə olunan statistik metodlar və böyük verilənlərin təhlükələri araşdırılıb.
Həmçinin ABŞ, Böyük Britaniya, Yaponiya kimi bir çox dövlətlərin siyasətində “Big Data” strategiyaları tədqiq olunub.
Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən illik hesabat iclasında İTİ-nin layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova məlumat verib.
İnstitutdan bildirilib ki, hazırda böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri araşdırılır.
Onun sözlərinə görə, cari ildə elmi-texniki konfranslara 15 tezis təqdim edilib və tanınmış elmi jurnallarda 7 məqalə nəşr olunub:
“Elmi-innovasiya fəaliyyəti çərçivəsində Dövlət Neft Şirkətinin Elm Fondunun, həmçinin Prezident yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihələrində iştirak edilib”.
Həqiqət İSABALAYEVA
27/11/15 Çap et